Slimfit
  1. İDMAN

Xokkey üzrə dünya çempionatı təxirə salındı

Xokkey üzrə dünya çempionatı təxirə salındı
Sakura

Xokkey üzrə dünya çempionatı təxirə salındı

Kanadanın Nova Stadia əyalətində 12-18 apreldə keçirilməli olan qadınlar arasında xokkey üzrə dünya çempionatı baş tutmayacaq.

"Report" Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, turnir koronavirus epidemiyasına görə 2021-ci ilə qədər təxirə salınıb.

Bu barədə danışan federasiyanın prezidenti Rene Fazel bildirib ki, qərarı vəziyyətlə bağlı fövqəladə iclasda səhiyyə mütəxəssislərinin tövsiyələri əsasında qəbul ediblər: "Böyük təəssüf hissi ilə bu addımı atdıq. Heç də asan qərar olmadı. Çünki turnirin Kanadada keçirilməsini səbirsizliklə gözləyirdik. Qərar insanların təhlükəsizliyini qorumaq məqsədilə qəbul olundu. Ölkədə koronavirusla bağlı vəziyyət 10 komandalı beynəlxalq turnirin təşkil olunması üçün yetərincə yaxşı deyil".

Qeyd edək ki, xokkey üzrə kişilər arasında 8-24 mayda İsveçrədə keçirilməsi nəzərdə tutulan dünya çempionatına hazırlıq isə plan üzrə davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR