Dərc edildi: Baxış sayı: 700
Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı
Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.
Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.
Qeyd edək ki, bunlar itkin sayılan erməni hərbçilərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyi daha əvvəl müharibədə həlak olmuş 3 300-dən çox hərbçinin meyitinin ekspertizadan keçirildiyini xəbər verib.
Bu gün itkin erməni hərbçilərin axtarışları Şuşada, Hadrutda, Cəbrayılda və Füzulidə də davam etdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət