Slimfit
  1. AZƏRBAYCAN

Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı dəhşətli cinayətdir

Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı dəhşətli cinayətdir
Sakura

Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı dəhşətli cinayətdir

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyilə Azərbaycan xalqına qarşı qanlı təcavüzə əl ataraq misli görünməmiş soyqırımı törətdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, bu faciə təkcə xocalılılara qarşı deyil, türk dünyasına, insanlığa, bəşəriyyətə qarşı dəhşətli cinayətdir. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Vurğulanıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır.

Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan bəhs edib. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Milli Məclisin deputatı Elman Məmmədov, DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, professor Həvva Məmmədova və digər çıxış edənlər Xocalı soyqırımını xalqımıza qarşı törədilmiş dəhşətli cinayət olduğunu bildiriblər.

Çıxış edənlər bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların verilməsinin vacibliyini vurğulayıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR