Xocalı şəhidlərinin xatirəsinə orqan musiqisi təqdim edilib
Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş orqan konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, filarmoniya və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Anım konsertində dirijor, Əməkdar artist Yulizana Kuxmazovanın bədii rəhbərliyi ilə BMA-nın tələbə xoru, Beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayeva, Səbinə Bəylərbəyova, Əməkdar müəllim Rasimə Babayeva, solistlər İlham Nəzərov (kontrtenor), İslama Abdullayeva (soprano), Orxan Hüseynli (xanəndə) Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.
Konsertin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, professor Tahirə Taqubovadır.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Xocalı soyqırımının 27-ci ildönümü haqqında” 5 fevral tarixli Sərəncamına əsasən müxtəlif səpkili anım tədbirləri keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət