Dərc edildi: Baxış sayı: 388
“Xocalı məktəbində işlər bitmək üzrədir”
“Xocalı məktəbində aparılan işlər bitmək üzrədir”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, məktəb növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri ola bilər: “Orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq. Təxminən 130-150 şagirdin təhsil alması nəzərdə tululur. Təbii ki əhalinin köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcər, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət