Dərc edildi: Baxış sayı: 608
“Xocalı” kitabı altı dildə nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Türkiyədə “Xocalı” kitabı altı dildə (Azərbaycan, rus, ingilis, alman, fransız və ərəb) çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirilir. Nəşrdə Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırımı kimi qəbul edilməsi, cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması kimi məsələlərə yer ayrılıb.
Nəşrdə, həmçinin beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilən hüquqi-siyasi qiymət təhlil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət