Dərc edildi: Baxış sayı: 566
Xocalı faciəsinin ildönümünə hazırlıq görülür
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri aparılır.
Yaxınlıqdakı yaşayış binaları və obyektlərin fasadlarına Xocalı faciəsini əks etdirən bannerlər quraşdırılır.
Bununla yanaşı, anım günündə ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında abadlıq işləri görülür.
Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Mənbə: Azvision.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət