Dərc edildi: Baxış sayı: 209
Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb
Abşeronda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb.
Ens.Az xəbər verir ki,bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq tədbirləri davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət