Xırdalanda polislər sakinlərə tibbi maska paylayıblar
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalara əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə aprelin 25-də Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Xırdalan şəhərində əhali arasında profilaktik tədbir keçiriblər.
DİN-dən Redaktor.az-a bildirilib ki, tədbirdən əvvəl şəxsi heyət rəhbər vəzifəli polis zabitləri tərəfindən müvafiq qaydada təlimatlandırılıb. Tədbirdə Xırdalanda karantin qaydalarına əməl olunmadan fəaliyyət göstərən obyektlər və bərbərxanalar aşkarlanıb. Həmçinin müvafiq icazəsi olmadan yaşayış yerini tərk edən şəxslər də müəyyənləşdirilərək cəzalandırılıblar.
Tədbirdə, həmçinin icazə əsasında yaşayış yerlərini tərk edən amma tibbi maskadan istifadə etməyən şəxslərlə də polislər maarifləndirici söhbət aparıblar. Belə şəxslər polislər tərəfindən tibbi maska ilə təmin olunublar. Onlar göstərilən diqqət və qayğıya görə daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət