XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək
“Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları arasında növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəldik”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Biz müzakirələrdə birgə regional nəqliyyat layihələrinin perspektivlərinə də toxunduq. Enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində bu üç ölkənin rolu xüsusilə əhəmiyyətlidir. Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaxın vaxtlarda tam gücü ilə fəaliyyətə başlamasının zəruriliyini vurğuladıq”, - deyə Darçiaşvili qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət