XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək.
Ens.az xəbər verir ki, Modern.az-a bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində XİN rəhbərləri ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.
Bundan başqa, C.Bayramovun Rusiya baş nazirinin müavini və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət