Slimfit
  1. AZƏRBAYCAN

XİN rəhbəri Çinin Azərbaycandakı səfiri ilə görüşüb

XİN rəhbəri Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Sakura

XİN rəhbəri Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Avqustun 19-da Xarici İşlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Mini qəbul edib.

Xarici İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, C.Bayramov Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edib. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edən nazir Azərbaycan və Çin arasında əlaqələrin siyasi, iqtisadi-ticarət, humanitar, səhiyyə və təhsil sahələrində inkişafından məmnunluq ifadə edib.

Q.Min Çinin Xarici İşlər naziri Vanq Yinin səmimi salamlarını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Ölkə rəhbərləri səviyyəsində səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyi qeyd olunub.

Tərəflərin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyi vurğulanıb.

Ermənistan - Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verən nazir xüsusilə cari ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılan təxribat barədə danışıb. Ermənistanın bu növbəti təxribatının ölkənin hərbi-siyasi məqsədlərinə xidmət etdiyini və münaqişənin həlli üzrə substantiv danışıqlara mane olmaq məqsədi güddüyünü bildirib.

Görüş zamanı səfir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunması ilə bağlı Çinin qəti mövqeyini diqqətə çatdırıb.

Q.Min Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini, xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərin Çin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tərəflər habelə qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Çin tərəfindən göstərilən texniki dəstəyi vurğulayan nazir bunun Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qaldığının bariz nümunəsi olduğunu qeyd edib və bu çətin günlərdə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR