Slimfit
  1. AZƏRBAYCAN

XİN: Ermənistan etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin səbəbi bu ölkənin təcavüzkar siyasətidir

XİN: Ermənistan etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin səbəbi bu ölkənin təcavüzkar siyasətidir
Sakura

XİN: Ermənistan etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin səbəbi bu ölkənin təcavüzkar siyasətidir

Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Ermənistanın Xarici İşlər Nazirliyinin qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı ziddiyyətli bəyanatına şərhində yer alıb.

"Xatırladırıq ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. Reallıqlar isə dəyişməz qalır; Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil", - deyə şərhdə qeyd edilir.

"Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır", - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin şərhində vurğulanır.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR