XİN-dən dünyada həmvətənlərimizə qarşı erməni vəhşilikləri ilə bağlı BƏYANAT
Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrdə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilərin törətdiyi təxribat barədə bəyanat səsləndirib.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, XİN-in mətbuat katibi Leyla Abdullayeva keçirilən brifinqdə deyib ki, soydaşlarımız Polşa, Niderland, ABŞ, Brüsseldə dinc aksiyalar keçirib.
Onun sözlərinə görə, ermənilər aksiyalar zamanı azərbaycanlı diplomatlara və soydaşlarımıza qarşı vəhşilik ediblər.
L.Abdullayeva söyləyib ki, ermənilərin hərəkətləri vandalizm və terror aktı kimi dəyərləndirilməlidir.
“Biz həmin ölkələrin hüquq-mühafizə orqanlarının bu cinayət əməllərini araşdırıb müvafiq qiymət verəcəklərini gözləyirik”, - deyə L.Abdullayeva əlavə edib.
O qeyd edib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə xəsarət alan azərbaycanlılarla bağlı müvafiq təlimatlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət