Slimfit
  1. SİYASƏT

XİN-dən AŞ-nin Ermənistanla bağlı hesabatına reaksiya

XİN-dən AŞ-nin Ermənistanla bağlı hesabatına reaksiya
Sakura

XİN-dən AŞ-nin Ermənistanla bağlı hesabatına reaksiya

Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyasının Ermənistanla bağlı hesabatı bu ölkədə dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün qızışdırıldığını bir daha sübut edir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Tvitterdə yazıb.

“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib. Ermənistanda nifrət nitqinin dayandırılması təşəbbüsü yoxdur; “erməni kimliyinə” istinad çox vaxt nitq və hərəkətlərdə dözümsüzlük, nifrətin qızışdırılması üçün sui-istifadə olunur və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hərtərəfli hüquqi müddəalar yoxdur. Bu, Ermənistanda dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün olduğunu bir daha sübut edir”, - XİN rəsmisi vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR