Dərc edildi: Baxış sayı: 609
XİN: BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburidir və hər zaman qüvvədədir
“Bu gün BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsi gözlənilir. BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi var. Azərbaycan dəfələrlə bu qətnamələrin həyata keçirilməməsi məsələsini qaldırıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və hər zaman qüvvədədir”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.
O əlavə edib ki, bu gün Azərbaycan Ordusu beynəlxalq hüquq və prinsiplər çərçivədə tanınan torpaqlarında düşmənə qarşı mübarizə aparır:
"Düşmən qüvvələri tərəfindən nə qədər təcavüzə əl atılacaqsa ordumuz tərəfindən onların cavabı veriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət