Slimfit
  1. SİYASƏT

XİN başçısı: 'Biz Avropa İttifaqının dəstəyini alqışlayırıq'

XİN başçısı: 'Biz Avropa İttifaqının dəstəyini alqışlayırıq'
Sakura

XİN başçısı: 'Biz Avropa İttifaqının dəstəyini alqışlayırıq'

 

"Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Aİ-nin Birgə Müraciət sənədi ikitərəfli əməkdaşlığa güclü diqqət ayırır. Ehtiyaclara uyğun yanaşma Azərbaycanın Aİ ilə münasibətlərində axtardığı mühüm siyasətdir. Bu, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqdır. Yeni ikitərəfli Saziş üzrə danışıqların uğuru açıq qalan məsələlərin həlli yollarının tapılmasında danışıqlar aparan tərəflərin çevikliyindən asılı olacaqdır".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin video-telekonfrans görüşündə çıxıışı zamanı bildirib. 

"Yaxşı idarəçilik məsələlərində tərəfdaş ölkələrlə təhlükəsizlik dialoqlarının gücləndirilməsi vasitəsilə dayanıqlı institutlar, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizədə Aİ-nin dəstəyini alqışlayırıq. Ötən ilin dekabr ayında Bakıda uğurla keçirilmiş Azərbaycan - Aİ Təhlükəsizlik Dialoqundan sonra biz meydana çıxan regional və beynəlxalq təhlükəsizlik təhdidləri üzrə məhsuldar fikir mübadiləsinin aparılmasını səbirsizliklə gözləyirik", - nazir deyib.

XİN başçısı vurğulayıb ki, enerji sahəsində, Cənub Qaz Dəhlizinin yekunlaşmasına az qalır və bu layihə "Şərq Tərəfdaşlığı"nda gücləndirilmiş bağlantıların ən nəzərə çarpan nəticəsi olacaq: "Biz pandemiyadan təsirlənmiş yerli insanların COVID-lə mübarizəsinin dəstəklənməsi və layihənin vaxtlı-vaxtında icrasına təminat yaradılmasında TAP-dakı tərəfdaşlarımızın məsuliyyətli davranışını qiymətləndiririk. Azərbaycanın nəqliyyat-logistika sisteminin vacibliyi strateji əhəmiyyətinə görə tanınır. Azərbaycan "Şərq Tərəfdaşlığı" və Mərkəzi Asiya cinahlarında çalışır. Biz, digər tərəfdaşlarla GUAM çərçivəsində Mərkəzi Asiya və daha geniş bölgəyə alternativ marşrutu təmin edəcək nəqliyyat dəhlizi üzərində iş aparırıq. Biz, həmçinin Mərkəzi Asiya ölkələri ilə ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanlar və bağlantıların təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq edirik və Aİ-nin buna dəstəyini alqışlayırıq. Xəzər dənizinin Şərq sahilində Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizinin həyata keçirilməsi üçün Türkmənistan və Əfqanıstan ilə intensiv dialoq aparır. Mənim ölkəm Aİ-nin bu bölgə ilə bağlı strategiyasının həyata keçirilməsində vacib rol oynaya bilər və biz buna hazırıq. Biz ümid edirik ki, enerji sahəsində strateji əməkdaşlığın nəqliyyat-logistika sahəsinə genişləndirilməsi Aİ-Azərbaycan tərəfdaşlığının güclənməsinə mühüm töhfə verəcək".

"Biz inanırıq ki, gələcək Aİ-Azərbaycan əməkdaşlığı həm də ölkəmizin milli prioritetlərinin həyata keçirilməsinə töhfə verəcəkdir. Azərbaycan iqtisadi şaxələndirmənin sürətləndirilməsi, bütün sahələri əhatə edən inkişafın təşviqi və COVID sonrası iqtisadi dirçəlişin dəstəklənməsi məqsədilə strateji inkişaf gündəliyinin icrasına davam edir. İnfrastruktur şaxələndirilmiş iqtisadiyyatın ehtiyaclarının qarşılanmasında mühümrol oynayır və bizim sərmayələrimiz sənaye parkları, müstəsna iqtisadi zona, qanun və tənzimləmələr, maliyyə xidmətləri və informasiya texnologiyaları ilə tamamlanır. İnnovasiya, informasiya və yüksək texnologiyaların təşviqi bizim ortaq məqsədlərimizdir. Bütün bunlar insan kapitalı və keyfiyyətli təhsil, xüsusən tibb sahəsində olmaqla peşəkarların hazırlığının artırılmasına yeni diqqətin göstərilməsini tələb edir və biz Aİ-ni davam edən səylərimizə dəstək göstərməyə dəvət edirik", - nazir qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR