Slimfit
  1. AZƏRBAYCAN

XİN başçısı: "Azərbaycanın Sərsəng su anbarının işğal altında saxlanılması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir"

XİN başçısı: "Azərbaycanın Sərsəng su anbarının işğal altında saxlanılması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir"
Sakura

XİN başçısı: "Azərbaycanın Sərsəng su anbarının işğal altında saxlanılması regional sülh və təhlükəsizliyə…

 Xarici işlər naziri Elmar MəmmədyarovBMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Həmsöhbətlər Azərbaycanla UNECE arasında təşəkkül tapan ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. O.Alqayerova səfər çərçivəsində təmsil etdiyi qurum ilə Azərbaycan hökuməti arasında BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi üzrə Birgə Bəyanatın imzalanmasını təqdirəlayiq hal kimi göstərərək Azərbaycanın BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyini, qurumun fəaliyyətinə mühüm töhfə verdiyini yüksək dəyərləndirib. O, Bakıya hazırkı səfəri çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri ilə görüşün təşkilini bu istiqamətdə atılan səmərəli praktiki addım kimi səciyyəndirib.

Nazir E.Məmmədyarov Avropada iqtisadi inkişaf meyllərinin izlənilməsi və onun təmin edilməsi məqsədilə UNECE çərçivəsində intensiv siyasi dialoq və səmərəli təcrübə mübadiləsi mexanizmlərinin vacib rol oynadığını qeyd edib. Bu xüsusda o, ölkədə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb. 

Xalqın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə, regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən E.Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs edbi.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan XİN başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun, o cümlədən Sərsənq su anbarının işğal altında saxlanılmasının regional sülh və təhlükəsizlik, habelə ekoloji vəziyyət üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığa əngəl törətdiyini qeyd edib.

Tərəflər Azərbaycanla UNECE arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyindən əminlik ifadə edərək ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR