Dərc edildi: Baxış sayı: 372
XİN başçısı: “Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının gücləndirilməsi ilə bağlı böyük planlar var”
“Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı böyük planlar var”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi üçtərəfli əməkdaşlığın vacib elementidir.
Nazir qeyd edib ki, XİN başçılarının görüşündə həll olunmamış münaqişələr də müzakirə edilib: “Azərbaycan bu məsələdə beynəlxalq hüququ əsas götürür. Münaqişələr beynəlxalq səviyyəsində tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət