Slimfit
  1. AZƏRBAYCAN

XİN Bakının azad edilməsi ilə əlaqədar açıqlama yaydı

XİN Bakının azad edilməsi ilə əlaqədar açıqlama yaydı
Sakura

XİN Bakının azad edilməsi ilə əlaqədar açıqlama yaydı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi ilə əlaqədar açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada deyilir:

“2018-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak və bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi qeyd edilir. Bu əlamətdar tarixi hadisənin yüzilliyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Bakıda təntənəli tədbirlər, iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə keçidləri təşkil olunacaq.

Birinci Dünya müharibəsinin çətinliklərinə baxmayaraq, bu gərgin və keşməkeşli bir zamanda qardaş türk xalqı paytaxt Bakının və digər şəhər və rayonların işğalçılardan azad edilməsində yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə dəstək oldu. Erməni daşnak və bolşevik qüvvələrinin işğalı altında Bakı şəhərində və ətraf ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı amansız qətliamlar, o cümlədən 1918-ci ilin martında məlum mart qırğınları törədilmişdi.

Bakının azad edilməsi ilə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün bərpa edilməsi və Bakı və ətraf rayonlarda yaşayan mülki əhalinin təhlükəsizliyi təmin edildi.

Təəssüflər olsun ki, Ermənistan 1918-1920-ci illərin hadisələrindən nəticə çıxarmayaraq, keçən əsrin sonlarından başlayaraq revizionist, destruktiv və işğalçı siyasətini yenidən başlamış və bu gün də bu siyasət davam etməkdədir. 1918-1920-ci illərdə olduğu kimi, Ermənistan yürütdüyü bu destruktiv siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddiaları və başladığı müharibəyə görə özünütəcrid vəziyyətindədir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq, Azərbaycan və Türkiyənin tərəfdaşlığı qardaşlıq prinsipləri əsasında günbəgün daha da güclənir, nümunəvi xarakter daşıyır, regionda və onun hüdudlarından kənarda dayanıqlı inkişafa, çiçəklənməyə, sülhə və sabitliyə xidmət edir.

Bu tarixi əlamətdar gündə Qafqaz İslam Ordusunun sıralarında şücaətlə və çiyin-çiyinə döyüşərək paytaxt Bakını və ölkəmizin digər rayonlarını işğalçılardan azad etmiş Azərbaycan və qardaş türk əsgər və zabitlərinin, şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edir və Allahdan onlara rəhmət diləyirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR