Slimfit
  1. AZƏRBAYCAN

Xidməti maşınlarla bağlı qərar sərtləşir – İqtisadçı

Xidməti maşınlarla bağlı qərar sərtləşir – İqtisadçı
Sakura

İslahatların tərkib hissəsi kimi xidməti avtomobillərlə bağlı nəzarət güclənməlidir

İslahatların tərkib hissəsi kimi xidməti avtomobillərlə bağlı nəzarət güclənməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ölkə başçısı 17 yanvar 2019-cu ildə imzaladığı fərmanda Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur:

“Aparılan islahatlar nəticəsində artıq avtomobillərin alınması ilə bağlı tenderlər sərtləşdiriləcək. Nazirliklər və dövlət idarələri əvvəllər özləri birbaşa daxili qərarlarla bu işləri görürdülərsə, indi təqdimatla bu işin görülməsi nəzərdə tutulur. Bu da alınan nəqliyyat vasitələrinin həm sayına, həm qiymətinə, həm də istismar müddətindəki xərclərinə təsir göstərəcək”.

İqtisadçı vurğulayıb ki, bu, kifayət qədər ciddi problemdir:

“Çünki nazirliklərə və dövlət idarələrinə əvvəllər imkan verilirdi ki, daxili tenderler vasitəsilə özləri istədikləri qədər avtomobil alsın, istədikləri kimi onun istismarı ilə bağlı xərclərini müəyyənləşdirsinlər. Bu da büdcə vəsaitinin qeyri-rasional xərclənməsinə səbəb olurdu. İlin sonuna qədər ola bilsin ki, ötən illərə nisbətən avtomobillərin alınmasında və istismarında ciddi qənaət edilsin. Çünki bu sahədə kifayət qədər qeyri-rasional və qeyri-effektiv xərcləmələr var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR