“Xiaomi”nin qurucusu, əsas rəqib-şirkətlə gəlirlərin həcmi hərracında 149 milyon dollar itirib
Borcunu ödəyib-ödəməyəcəyi bilinmir.
2013-cü ilin dekabrında şirkətin rəhbəri Lei Jun televiziya efirində bildirib ki, beş ildən sonra “Xiaomi”-nin gəliri Gree “Electric Appliances” kondisioner istehsalçısının gəlirini üstələyəcək.
Bloomberg qeyd edib ki, həmin vaxt Gree bütün göstəricilərdə “Xiaomi”-dən üstün olub. O zaman Junun bildirişi balaca şirkətin, yerli bazarda avtoritar istiqamətdə itkisi kimi qiymətləndirilib.
Jun 1 yuandan mərc etməyi təklif edib, lakin Gree-nin rəhbəri Dong Mingzhu onu 1 milyard yuana (təxminən 149 milyon dollar) qaldırmağı deyib.
2019-cu ilin 28 aprelində Gree 2018-ci il üzrə 198 milyard yuan ( 29,4 milyard dollar) gəlir barədə xəbər verib. Bloomberg-in yazdığına görə, bu, demək olar ki, “Xiaomi”nin illik gəlirindən 20 milyard yuan ( hardasa 2,9 milyard dollar ) çoxdur.
“Xiaomi”nin nümayəndəsi rəy bildirməkdən imtina edib, buna görə də, Jun planlaşdırılan pulu ödəyib-ödəməyəcəyi hələ ki məlum deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət