Slimfit
  1. TEXNOLOGİYA

“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib
Sakura

“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində bükülən smartfondan istifadəni göstərən video dərc edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, şirkət artıq elastik bükülən ekran, elastik korpusla bağlı əsas texniki problemləri həll edib.
 
Qurğu 3 seqmentdən ibarətdir və tam açılmış vəziyyətdə planşeti xatırladır, amma iş zamanı kənar tərəflərini bükərək qurğunu smartfona  çevirmək mümkündür.
 
Yenilik hələ ki prototip şəklindədir. Şirkət potensial alıcıların reaksiyasını gözləyir.
 
Həmçinin “Apple”, “Samsung” və “Huawei” şirkətləri bükülən smartfonların yaradılması üzərində işləyirlər. Kifayət qədər möhkəm və uzunmüddətli ekranın düzəldilməsi belə smartfonların istehsalında əsas problem hesab edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR