Slimfit
  1. DÜNYA

“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır
Sakura

“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin "Xiaomi" şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, Finlandiyada yerləşəcək strukturun fəaliyyətinin təmini üçün "Xiaomi Finland Oy" adlı yeni şirkət rəsmən qeydiyyatdan keçib.
 
Bildirilir ki, mərkəz mütəxəssisləri səyləri mobil qurğu kameraları üçün yeni texnologiyaların hazırlanmasına yönəldəcək. Perspektivdə bu həllər "Xiaomi" aparatlarında, eləcə də "Redmi" brendli qurğularda tətbiq ediləcək.
 
Bundan başqa, proqram təminatı, İT sistemləri və telekommunikasiya avadanlıqları kimi, bir sıra perspektivli istiqamətlər üzrə tədqiqatlar aparılacaq.
 
"Xiaomi Finland Oy" şirkətinin idarəedici direktoru vəzifəsinə "Xiaomi Finland" bölməsinin icraçı direktoru Devid Artur Feliks təyin edilib.
 
Qeyd edək ki, "Xiaomi" şirkəti dünyanın ən böyük smartfon tədarükçülərindəndir. Şirkətin məlumatına görə, cari ilin birinci rübündə 27,9 milyon "Xiaomi" smartfonu tədarük edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR