Slimfit
  1. SİYASƏT

Xəzəryanı ölkələrin XİN müavinləri Bakıda görüşəcək

Xəzəryanı ölkələrin XİN müavinləri Bakıda görüşəcək
Sakura

Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin növbəti görüşü payızda Bakıda keçiriləcək

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə məsləhətləşmələr aparmağı planlaşdırırlar.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

Onun sözlərinə görə, 5 Xəzəryanı ölkənin (Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan) dövlət başçılarının tapşırıqlarına və qəbul edilən sənədlərdə müəyyən olunan müddəalara əsasən, bu görüş altı aydan gec olmayaraq keçirilməlidir: "Bundan əlavə, bu ilin payızında qrupun bir araya gələcəyi və işə başlayacağı ilə bağlı razılıq əldə olunub. İlkin olaraq, görüş Azərbaycanda keçirilməlidir".

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Toplantıda 5 prezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR