Slimfit
  1. SİYASƏT

Xəzərin bölünməyən dibi - Azərbaycanla kimlər mübahisə edir?

Xəzərin bölünməyən dibi - Azərbaycanla kimlər mübahisə edir?
Sakura

Xəzərin bölünməyən dibi - Azərbaycanla kimlər mübahisə edir?

Ekspertlər deyir ki, hər ölkə öz maraqlarını güdür və  Xəzərlə bağlı problem artıq fərdi yox, regionaldır...

Xəzərin dibinin delimitasiyası ilə bağlı Azərbaycanla İran arasında fikir ayrılıqları yaranıb. Bu məsələ ətrafında tərəflər danışıqları davam etdirir. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında belə deyib.

Ekspertlərin bu məsələ ətrafındakı fikirləri heç də birmənalı deyil. Çoxları Azərbaycan tərəfin haqlı olduğunu dilə gətirərək, rəsmi Bakının dirənişli mövqeyini doğru hesab edirlər. Xəzərin dibinin bölünməsi ilə bağlı İranla yaranan fikir ayrılığı da normal qarşılanır. Çünki dənizin əsas sərvətləri dibindədir.

Politoloq Əhəd Məmmədli yaranan situasiyanı normal qarşılayır: “Görünür, çətindir ki, bölə bilmirlər. Çünki Xəzərin əsas sərvətləri dibindədir, ona görə də fikir ayrılıqları yaşanır. SSRİ vaxtında Tehran üçün Xəzərin bölünməsi daha sərfəli idi. Çünki tək tərəf müqabili Moskva idi. İndi isə tərəf müqavilləri çoxalıb. Tehran əvvəllər olduğu kimi, maksimum fayda götürmək istəyir. Bu mövqe də təbiidir, hər ölkə öz maraqlarını güdür. Azərbaycan da düz edir, buna müqavimət göstərir. Çünki rəsmi Bakı da öz ölkəsinin maraqlarını müdafiə etməlidir. Fikrimcə, bu proses sonunda həll olunacaq. Xəzərdə əsas söz sahibi Moskvadır. Sonda Moskva necə istəyəcək, elə də olacaq. Bakıda, Tehranda, Aşqabadda bununla razılaşmağa məcbur olacaqlar.

Hələlik Xəzər hovuzunda münasibətlər reallığı yuxarıda qeyd etdiyim kimidir. 1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi. Yeni geosiyasi şəraitlə əlaqədar Xəzərin statusu problemi meydana gəldi. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır. Azərbaycanın fikrincə, Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidir. Qazaxıstanın fikrincə Xəzər beynəlxalq daxili dənizdir (təqribən Rusiyanın fikri də belədir) və onun dibi mediana boyunca sektorlara bölünməlidir. Su qatının bölünməsi üçün bu iki dövlət başqa təkliflər verir. İran əvvəllər dənizə müştərək sahiblik, yəni kondominimum variantını təklif edirdi. Son vaxtlar İran tərəfi dənizi 20%-lə beş sahil dövləti arasında bölməyi təklif edir. Bu təklifin elmi və siyasi əsası yoxdur, dünya təcrübəsində heç vaxt tətbiq olunmamışdır”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Xəzərin hüquqi statusu onun əsas konflikt yaradan tərəfidir. Hüquqi qiymət verilməlidir: Bu, dənizdir, yoxsa göl? Çünki fərqli su hövzələri olduğu üçün fərqli də statusları var. Dəniz kimi olsaydı, Dəniz Hüququna görə razılaşdırılmalı idi. Əks təqdirdə, göl olsaydı, beş ölkə arasında bərabər bölünməli idi. Bu, eyni zamanda potensial münaqişə ocaqlarına da yol açdı. SSRİ dağılandan sonra İran, ardınca da Türkmənistanla su ərazisi üstündə problemlər yaşadıq. Amma ötən ilin avqustunda 5 Xəzəryanı ölkə 20 ildən çox davam edən danışıqlardan sonra müqavilə imzaladı. Bu konvensiya Xəzəri nə göl, nə də dəniz kimi qeydə aldı. Xüsusi status müəyyənləşdirildi və Yerüstü su hövzəsi ümumi istifadəyə açıldı, zəngin dib isə bölünməli idi. Hazırkı hüquqi yanaşmada İranın mövqeyi (göl) nəzərə alınmadı, amma dibin bölünməsi də reallaşmadı. Dənizdə isə Azərbaycan tərəfin payına düşən sahədə enerji layihələrini həyata keçirməsi qonşu dövlətdə qıcıq doğurur.

Bu fikir ayrılığı nə zaman bitəcək sualına konkret cavab yoxdur, varsa da o da İranın iddialarından çəkildiyi ana bağlıdır. Azərbaycanın Xəzərlə bağlı problemi artıq fərdi yox, regionaldır. İranın ucbatından Azərbaycanla Türkmənistan arasında dənizin dibi ilə kəmərin çəkilməsi layihəsi alınmadı, ekoloji problem böyüyüb, Xəzər çirkdə itir-batır. Bəzi ölkələr rəqib ölkələrdə çalışan muzdlu podratçıları qorxutmaq üçün döyüş gəmilərindən istifadə edir. Qaldı rəsmi Tehrana... Onun istədiyi yanaşma (göl) tətbiq edilsəydi, Azərbaycan və Qazaxıstan ərazi itkisinə məruz qalacaq, Xəzərin enerji ehtiyatları ilə zəngin dibi İranın nüfuzuna düşəcəkdi. Alınmadı, bu proses hələ gedir. Hesab edirəm ki, hələ uzun müddət İran müqaviləyə imza atsa da, məsələnin real həllinə mane olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR