Slimfit
  1. CƏMİYYƏT

Xəzərdə təhlükəli vəziyyət: Qurumlar hərəkətə keçdi - XƏBƏRDARLIQ

Xəzərdə təhlükəli vəziyyət: Qurumlar hərəkətə keçdi - XƏBƏRDARLIQ
Sakura

Xəzərdə təhlükəli vəziyyət: Qurumlar hərəkətə keçdi - XƏBƏRDARLIQ

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

Bildirilib ki, avqustun 21-i axşamdan avqustun 24-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 18-23m/s, arabir 25-30 m/s olacaq. Avqustun 22-si axşam, 23-ü gecə və səhər açıq dənizdə küləyin sürətinin arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda açıq dənizdə 6-8 metr olacaq:

“Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

 

Mənbə: Oxu.az

Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR