Xəzər dənizi müqaviləsinin detalları bəlli oldu - Tarixi saziş
Xəzər dənizinin statusu ilə bağlı 1996-cı ildən aparılan danışıqlar yekunlaşıb və 12 avqustda Xəzəryanı ölkələrin liderlərinin iştirakı ilə müqavilə imzalanacaq.
Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kreml müqavilənin detallarını da açıqlayıb. Müqaviləyə əsasən, Xəzər dənizinin su səthi birgə istifadəyə açıq olacaq, dənizin dibi və torpağın alt hissələri sahilyanı ölkələr arasında bölüşdürüləcək.
Gəmiçilik, balıqçılıq fəaliyyətləri, elmi tədqiqatlar və boru xətti döşəmələri tərəflər arasında razılaşdırılmış qaydalar çərçivəsində olacaq. Dənizdəki layihələr də ekoloji amillər nəzərə alınaraq rellaşdırılacaq.
Sözügedən müqavilə bölgədən kənar ölkələrin Xəzərdə hərbi varlığını qadağan edir. Xəzəryanı 5 ölkə dənizin təhlükəsizliyindən, qorunmasından, ehtiyatlarından məsul olacaq.
Qeyd edək ki, sammit Qazaxıstanın Aktau şəhərində baş tutacaq və bir sıra hökumətlərarası saziş imzalanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət