Slimfit
  1. AZƏRBAYCAN

Xeyriyyəçilik

Xeyriyyəçilik
Sakura

Xeyriyyəçilik

Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir.

 
Hacı Zeynalabdin TağıyevMəşhur azərbaycanlı xeyriyyəçi

Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 
1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;
2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;
3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.
Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR