Denver Universitetinin psixoloqu Kayla Knop apardığı araşdırma zamanı aldatmanın 5 ən əsas səbəbini…
Xəyanət insanların ən həssas olduğu mövzulardan biridir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu mövzuda dəfələrlə araşdırmalar aparılsa da, onun səbəbləri tam olaraq açıqlanmayıb.
Denver Universitetinin psixoloqu Kayla Knop apardığı araşdırma zamanı aldatmanın 5 ən əsas səbəbini müəyyən edə bilib.
Bura cinsi istəyin azalması, qapalılıq, yəni maraqların kənara olması, aldatmağı normal qəbul edən mühitdə olma və münasibətə bağlılığın aşağı səviyyədə olması daxil edilib.
Araşdırmaçı hesab edir ki, cinsi həyatla bağlı müəyyən duyğuların və hormonların partnyorunuzla eyni zamanda yaşanmaması nəticəsində həm cinsi, həm də mənəvi olaraq aldatmalar baş verir.
Cütlüklər arasında sosial şəbəkələr vasitəsilə kənara maraqların olması, birlikdə az zaman keçirmələri bir-birlərindən uzaqlaşmalarına səbəb olur. Bu vəziyyət sevgi bağlarının azalmasına səbəb olur.
Münasibətdə cütlüklərin bir-biri ilə ünsiyyəti azaldıqca, sevgi də azalır. Aralarında bölüşəcək heç nəyin qalmaması münasibətlərdə soyuqluq yaradır. Başqalarından gördükləri marağın xoşlarına gəlməsi aldatmağa səbəb olur.
Xəyanəti dəstəkləyən dostlar, filmlər, sosial şəbəkə paylaşımları insanın beynində aldatmağa qarşı olan mənfi hissləri dəyişə bilər. Beləliklə, insan xəyanətə meylli olur.
Bəzi insanlar isə aldatmağı mənfi bir hal kimi qəbul etmir. Onların fikrincə, xəyanət böyüdülməməli, normal qəbul edilməlidir. Belə düşüncələr isə aldatmağa meylliliyi artırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət