Dərc edildi: Baxış sayı: 542
Xətlər zədələndi, minlərlə abonent qazsız qaldı
Şamaxı və Goranboyda qaz xətlərinin zədələnməsi bu rayonlarda təbii qaz təminatında fasilələr yaradıb.
“Azəriqaz İB”dən Oxu.Az-a verilən məlumata görə, Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində texnika 160 mm diametrində polietilen qaz kəmərini zədələyib.
Bu səbəbdən qəsəbədə qaz təchizatı dayandırılıb.
Goranboy rayonunun Balakürd kəndində isə bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb.
Qaz kəməri iki yerdən qırılıb və üç yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb.
Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət