Dərc edildi: Baxış sayı: 693
“Xəstəxanalarda infeksion nəzarət komitələri yaradılmalıdır”
“Ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksiyon nəzarət komitələri yaradılmalı və onların funksiyaları saxlanılmalıdır. Buna mütləq şəkildə ehtiyac var”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə “Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, çünki bu funksionallıq saxanılmadıqda sadəcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəliklər də təhlükəli hala gələ bilər”.
R.Mahmudov qeyd edib ki, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir: “Çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir. Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə əksikliklər var. Bunu Ümumdünya Səhiyyə Təşkilatı də deyir. Yəni vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda insanın sağlamlığında gələcəkdə problemlər yaranır”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət