Slimfit
  1. DÜNYA

Xəstəliyi ilə şöhrət qazanan aktyor: Qorxulu obrazların əvəzolunmaz ifaçısının maraqlı həyatı…

Xəstəliyi ilə şöhrət qazanan aktyor: Qorxulu obrazların əvəzolunmaz ifaçısının maraqlı həyatı…
Sakura

Xəstəliyi ilə şöhrət qazanan aktyor: Qorxulu obrazların əvəzolunmaz ifaçısının maraqlı həyatı…

İspaniyalı gənc Javier Botet 6 yaşında olan zaman ona “Marfan” sindromu diaqnozu qoyulub. Bu xəstəlik ona normal bədən ölçülərindən daha fərqli bir görünüş verib.

Belə ki, onun olduqca arıq və uzun ayaqları, daha çox qatlana bilən dirsəkləri var. Bundan əlavə onun sanki doğuşdan aktyor olmaq üçün yaradılmış kimi bir bacarığı da var. Bu üstünlüklər Botet adlı gənci film sahəsində məşhur edib.

Xüsusilə də qorxu filmləri çəkən rejissorlar hər zaman qəribə obrazları yaratmaqdan ötrü bir neçə xüsusi proqramdan istifadə edir. Lakin Botet bu rejissorlar üçün tam bir hazır obrazdır. Botetin qorxu filmlərində rol alması üçün xırdaca bir qrim kifayət edir.

Əslində əvvəllər sadəcə rəsm çəkərək vaxtını keçirən Botetin həyatı Madriddə dəyişib. Madridə köçən Botet burada filmlərə maraq göstərməyə başladı və özü qısametrajlı filmlər çəkdi.

Bir gün filmlər üçün xüsusi effekt atelyesinə gələn Botet bir təlimçi tərəfindən fərq edilib. O, Botetə qorxu filmlərində rahat şəkildə oynaya biləcəyini deyib. Həmin təlimçi Botetə ilk rolunu oynaması üçün də lazım olan köməkliyi göstərib.

Kiçik bir ispan filmində rol alan Botet ən böyük çıxışını 2009-cu ildə Texasda edib. Onun hərəkətlərinə dijital effekt lazım olmasa da, qrim edilməsi üşün bir neçə saat vaxt aparır.

Hazırda gördüyü işdən xüsusi zövq aldığını deyən gənc aktyorun çəkildiyi bir neçə filmin adını və fotoları sizlərə təqdim edirik.

1. The Conjuring 2

2. The Last Key

3. Mama

4. IT

5. Slender Man

6. Behind

7. The Walking Dead

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR