Slimfit
  1. CƏMİYYƏT

Xəstələrin həkim seçmək haqqı olacaqmı?

Xəstələrin həkim seçmək haqqı olacaqmı?
Sakura

Xəstələrin həkim seçmək haqqı olacaqmı?

Yanvarın 1-dən ölkənin bir sıra bölgələrində icbari tibbi sığortanın tətbiqinə start verildi. Yeni proses özü ilə bərabər yeni suallar da ortaya çıxarır. Məsələn, icbari tibbi sığorta xidmətlərindən istifadə edənlərin həkim seçmək haqqı olacaqmı?

Lent.az mövzu ilə bağlı CBC televiziyasına istinadən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanovun açıqlamasını təqdim edir.

Şöbə müdiri Mingəçevir, Ağdaş və Yevlaxda 3 ildir pilot layihə olaraq icbari tibbi sığortanın həyata keçirildiyini xatırladıb: “Pilot layihə çərçivəsində bu sahədə hansı çatışmazlıqlar olduğu, problemlərin yaşana biləcəyi aydınlaşdı. Pilot layihə dövründə bəzi problemlər də yaşandı. Kadr çatışmazlığı, əhalinin sığorta mədəniyyətinin bir az zəif olması ilə bağlı problemlər var idi. 3 il ərzində tibb işçiləri və əhali arasında maarifləndirmə tədbirləri keçirildi. İlkin mərhələdə şimal bölgəsindəki 20 regionda icbari tibbi sığorta tətbiq olunacaq. Bu məqsədlə həmin bölgələrdəki xəstəxanaların daxilində bir sıra dəyişikliklər həyata keçirilib. Təcili Tibbi Yardım şöbələri qurulub. Bu, xəstəxanalara düşən yükün həcminin azalmasına səbəb olacaq. Kütləvi müraciətlərdə ilkin tibbi xidmətlər, yüngül cərrahiyə xidmətləri təcili yardım şöbələrində həyata keçiriləcək. Əvvələr xəstəxanalarda stasionar şöbələrdə də xəstə qəbulları həyata keçirilirdi. Həmin qəbulların yalnız xəstəxanalara aid olan poliklinik şöbələrdə həyata keçirilməsi təmin olundu”.

 

V.Qədirov bildirib ki, şimal regionundakı 20 bölgə icbari tibbi sığortaya tam hazırdır. Onun sözlərinə görə, bu ildən həmin tibb müəssisələrində olan mövcud çatışmazlıqlar da aradan qaldırılacaq və ilin sonundan tibbi sığorta artıq bütün ölkəni əhatə edəcək: “Bir regionda qeydiyyatda olub, başqa bölgələrdə yaşayan Azərbaycan vətəndaşları təcili hallarda təcili yardım xidməti vasitəsilə xidmətlərini ödənişli əldə edə biləcəklər. Amma digər hallarda tibbi xidməti mütləq qeydiyyatda olduğu rayona bağlı tibb müəssisəsində almalıdır. Əgər həmin tibbi müəssisəsində xidmət alması mümkün olmasa, göndəriş əsasında digər yerdəki müəssisəyə müraciət edə biləcək”.

Onun sözlərinə görə, ilkin səhiyyə xidmətini hər bir vətəndaş yaşadığı ərazinin yaxınlığında ala biləcək: “Bunun üçün də ailə həkimləri, sahə həkimləri, sahə pediatrları və s. yetişdirilməlidir ki, əhali yaşadığı ərazidə onlara müraciət edə bilsin”.

Müdir qeyd edib ki, hər bir vətəndaşın həkim seçmək hüququ var: “Regionda olan, yaşadığı əraziyə yaxın olan tibb müəssəsində həkim seçmək vətəndaşın öz hüququdur. Əsas prinsiplərimiz odur ki, həkimlər arasında ayrıseçkilik olmasın. Həkim əgər tibb universitetini bitiribsə, sertifikasiya imtahanlarını keçibsə, həkim işləmək hüququ var. Vətəndaşın həkim seçimi ola bilər. Amma burda növbəlilik prinsipinə əməl etmək lazımdır. Həkimlərin gün ərzində neçə xəstəni qəbul edə biləcəyi ilə bağlı normativi var. Həkim də bir insandır və onun da istirahətə ehtiyacı var. Buna görə normativlər təyin olunacaq. Vətəndaşlar növbəlilik prinsipini qorumaqla hər hansı bir həkimin qəbulunda ola biləcəklər”.

V.Qədirov qeyd edib ki, aprel ayının 1-dən icbari tibbi sığorta haqları toplanmağa başlanacaq: “İcbari tibbi sığorta haqqı işçi ilə işəgötürən arasında faizlər nisbətində tənzimlənəcək. Qeyri-neft sektorunda, qeyri-dövlət işində çalışan vətəndaşların sığorta haqqı tutumları 1 faiz həcmində işçi, bir faiz həcmində isə işəgötürən tərəfindən ödəniləcək. Əgər vətəndaşın aldığı əməkhaqqı 8 min manatdan yüksəkdirsə, 8 min manatadək həmin qaydada 1 faiz işçi, bir faiz işəgötürən tərəfindən, 8 mindən yuxarı olanda isə 0,5 faiz işçidən, 0,5 faiz isə işəgötürəndən tutulacaq. Dövlət və neft sektorunda çalışanlar üçün isə yığılacaq sığorta haqqı 2 faiz məbləğindədir. 2 faizi işçi özü, 2 fazi işəgötürən tərəfindən ödəniləcək. 8 mindən yuxarıdırsa, eyni qaydada 0,5 faiz tutulmalar həyata keçiriləcək. Fərdi sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları minimum əmək haqqının 4 faiz həcmində sığorta haqqı ödəyəcəklər”.

Şöbə müdiri onu da qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı üçün dövlət büdcəsindən 90 manat həcmində sığorta haqqı agentliyə ödənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR