Dərc edildi: Baxış sayı: 588
Xəstə Qasım - Saz ola
Usta, məni gözlərinə fəda qıl,
Səndən saz istərəm, amma saz ola.
Dindirəndə imran dillə danışa,
Şeyda bülbüllər tək xoşavaz ola.
Yamanı yamana, yaxşını mərdi,
Tərifini edim hər düşən yerdə.
Dolaşmaya simlər, vurmaya pərdə,
Gözəllər tək onda işvə, naz ola.
Xəstə Qasım sözüm söylərəm əyan,
Elə car eylərəm, bəyanbəbəyan.
Qiymətin soruşsan, tamam on tümən,
Nə ondan çox ola, nə də az ola.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət