Dərc edildi: Baxış sayı: 675
Məhkəmədən
Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.
Ens.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.
O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət