Dərc edildi: Baxış sayı: 432
Xəstə Qasım - Gördüm
İki əbrun arasında,
Altı “qaf”, yeddi “lam” gördüm.
“Lam”ı “qaf”ın mərkəzində,
Otuz cüzvü quran gördüm.
Yüz min xandı, yüz min yavər,
Müntəzirəm açılmaz dər.
Əl əl üstə min peyğəmbər,
Üç yüz altmış ənam gördüm.
Sevdim caharıda məsumu,
Haqq bağlasın xilasımı,
Bu yazıq Xəstə Qasımı,
Mən bir kəmtər qulam gördüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət