Dərc edildi: Baxış sayı: 667
Xəstə Qasım - Divanəsidi
Gecə-gündüz həsrətini çəkirəm,
Xəyalım xəyalın divanəsidi.
Məni səndən uzaq saldı seyraqub,
Bu çərxi-gərdişin zəmanəsidi.
Mina boylu, siyah telli sevdiyim,
Uzaq durub yaxın sözün dediyim.
Acı sözün şəkər kimi yediyim,
Yarım gözəllərin vəfalısıdı.
İnsaf eylə, ay beymürvət, ay zalım,
Dolanım başına, dərdini alım.
Ala gözlü, şux baxışlı tərlanım,
Qasım da gözlərin sadağasıdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət