Dərc edildi: Baxış sayı: 730
Xəstə Qasım - Bax
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!
Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
Bu dünya dediyin boş müsafirxanədir,
Hər gələn köçər, hər gedən mehmanə bax.
Gözləyin halal-haramı, şeytandan uzaq olaq,
Yandırın xilas fənarın, behiştin bağın bulaq.
Satın bu dünya malını axirətdən mülk alaq,
Süleymana qalmayan dünya qalmaz heç insana, bax.
Göydən bir balıq endi, itirmədi sayını,
Hər gədələr sultan oldu, tapdı öz tayını.
Qarışqalar aslan oldu, sökdü himin layını,
Xəstə Qasım qıl tamaşa, boş qalan meydana bax.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət