Dərc edildi: Baxış sayı: 819
Xəstə Qasım - Al indi
Nə müddətdi həsrətini çəkirdim,
Zənəxdanı etdin mənə al indi.
Talan salmış Hində, Bəlxə, Həbəşə,
O qaş indi, o göz indi, xal indi.
Məclisində al şərablar içilir,
Buxağmdan ətri-güllər saçılır,
Dindirəndə dəhanından açılır,
Şəkər indi, nabat indi, bal indi.
Qurban olum ənisinə, elinə,
Zəmişan şəddəsin çalmış belinə,
Payəndazdı nazlı yarm yoluna,
Bu baş indi, bu can indi, mal indi.
Yar getdiyi atlas ilə xaradı,
Məni qoyub özgələrə varadı,
Ay ağalar, mənim baxtım qaradı,
Kitab açdım, belə gəldi fal indi.
Xəstə Qasım, dost kuyinə varanlar,
Namus anlar, qeyrət anlar, ar anlar,
Hərf içində əlif idim, yaranlar!
Fələk əydi qəddim, oldum dal indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət