Dərc edildi: Baxış sayı: 227
Xəstə Psixiatriya xəstəxanasında döyülüb? - DİN-dən açıqlama
Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya xəstəxanasında pasientin döyüldüyü ilə bağlı görüntülər yayılıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,həmin kadrları lentə alan xəstə yaxını iddia edir ki, atası sözügedən tibb müəssisəsində şiddət görüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Videonun həssas olduğunu nəzərə alaraq, həmin görüntüləri təqdim etmirik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət