Dərc edildi: Baxış sayı: 628
Xəstə Hasan - Üstündədir
Bu dünya belə qurulmuş, dövlət-var üstündədir,
Ərül-qərül mal qazanır, tarımar üstündədir.
Adəm ata, Həvva ana atdılar ol cənnətə,
Qorxuram ki, aldanalar, şeytan şər üstündədir.
Bir anadan törəmişik, başqa-başqa dilimiz,
Yarın haqqın divanında həp bir olur halımız.
Göz görəmməz, ayaq tutmaz, nə çətindi yolumuz.
Üstü körpü, altı qazan, o da nar üstündədir.
Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət,
Yatanda eylə salavat, qalxanda et vəsiyyət.
Göydən yağmadı rəhəmət, yerdən qalxdı bərəkət,
Keçdi günüm, doldu sinnim, ixtiyar üstündədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət