Dərc edildi: Baxış sayı: 630
Xəstə Hasan - Su ver
Sallanıban bağdan gələn ay maralım, bir su ver.
Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
Vücudumu atəş aldı,dumanım ərşə çıxar,
Qurudu dilim-dodağım, dil fəraqım, bir su ver.
Gözəllər xətri əzizdir, bir-birindən seçmərəm,
Versələr də dünya malın, sevdiyimdən keçmərəm.
Yad əlindən abi-həyat olursa da, içmərəm,
Özün doldur, öz əlinlə ey məlalım, bir su ver.
“Xəstə Həsən gəldi” deyə çağırarlar adımı,
Eşq ucundan yandı cismim, eşidin fəryadımı.
Neyləyirəm dünya malın, almasam muradımı?
Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət