Dərc edildi: Baxış sayı: 307
Xersonda 50 kənd tamamilə dağıdılıb - Zelenski
Xerson vilayətinin işğaldan azad edilmiş ərazisində 50-dən çox kənd rus işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıdılıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu martın 23-də Xerson vilayətinə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Mən Xerson vilayətindən qayıtdım - mənim günüm ilk növbədə bizim bu bölgəmizə həsr olunmuşdu. İşğalçı bilsin ki, biz terroru bağışlamayacağıq və unutmayacağıq. Bu gün rus ordusu yenidən Xerson vilayətini vurdu, Berislavı vurdu - yerli administrasiyaya, evlərə, muzeyə. Nədənsə, hətta Berislavdakı tarix muzey də Rusiya üçün təhlükədir", - Zelenski qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət