Dərc edildi: Baxış sayı: 618
Xərçənglə mübarizədə yeni üsul tapıldı
ABŞ-ın Yel Universitetinin alimləri immunitet sistemini aktivləşdirməklə xərçəng şişinin müalicəsinin yeni metodunu tapıblar. Siçanlar üzərində aparılan araşdırma terapiyanın melanoma, döş xərçəngi və mədəaltı vəzi xərçəng də daxil olmaqla, xərçəngin üç fərqli növünün müalicəsində müsbət nəticə verdiyi müəyyən olub.
Meto özündə zərərsizləşdirilmiş viruslar (vektorlar) və CRISPR gen tənzimləmə texnologiyasından istifadə edərək gen terapiyasını birləşdirir. MAEGI (Endogen genlərin immunoterapiya daxilində multipleks aktivləşdirilməsi) adlanan inkişaf etmiş sistem xərçəngə yoluxmuş on minlərlə genin yerini müəyyən edir. Bundan sonra immunitet sistemi zərərli hüceyrələri tanımağa başlayır və onları məhv edir.
Tədqiqatçıların fikrincə, yeni yanaşma nəzəri cəhətdən bir çox xərçəng növünə, eyni zamanda, immunoterapiyaya davamlı olanlara qarşı da təsirlidir. Gələcəkdə alimlər xəstələr üzərində sınaqlara başlamağı planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət