Dərc edildi: Baxış sayı: 651
Xərçəngin qarşısını alan qidalar açıqlandı
Çinli alimlərin tədqiqatı nəticəsində soğan, sarımsaq və kəvərin qalın bağırsaq xərçənginin qarşısını aldığı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, aparılan tədqiqatla bağlı nəticə "Asia-Pacific Journal of Clinical Oncology" jurnalında dərc olunub. Mütəxəssislər qalın bağırsaq xərçəngindən əziyyət çəkən 833 və 833 sağlam şəxsin qidalanma xüsusiyyətlərini müqayisə edib. Nəticədə məlum olub ki, bol miqdarda soğan qəbul edən şəxslərin qalın bağırsaq xərçəngindən əziyyət çəkmə ehtimalı bu qidadan imtina edənlərlə müqayisədə 79% azdır. Tədqiqat prosesi genişləndirilib və təkcə soğanın yox, sarımsaq və kəvərin də bu xərçəng növünün yaranmasına ciddi təsir göstərdiyi müəyyənləşib.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, qalın bağırsaq xərçəngi bu xəstəliyin ən geniş yayılmış növlərindəndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət