Xərçəngin müalicəsində inqilabi addım: Xəstə hüceyrələrin 90 faizi məhv olur
Alimlər xərçənglə mübarizədə az qala hər ötən gün yeni üsullar kəşf edirlər.
Tədqiqat zamanı, cazibə qüvvəsinin olmadığı kosmosda hüceyrələrin bərpa şansı olmadan sıradan çıxdığı müəyyənləşib. Belə ki, kosmosda sadəcə, 1 gün qalan xərçəng hüceyrələrinin 80 faizindən çoxu məhv olub. Bununla da, almaniyalı alimlərin bir müddət əvvəl başladıqları araşdırmanın yekununda əldə olunmuş nəticə növbəti dəfə öz təsdiqini tapıb.
Beləliklə, cazibə qüvvəsinin xərçəng hüceyrələrini məhv etmək təsirinə malik olduğu aşkar edilib. Yeni araşdırmaya başlayan avstraliyalı alimlər də əldə edilən bu nəticələrdən sonra xərçəng hüceyrələrini kosmosa göndərməyi planlaşdırır. Sözügedən araşdırma qrupuna daxil olan biotibb mühəndis Coşua Çu bədənin 4 müxtəlif yerindən 4 fərqli xərçəng hüceyrəsi götürərək, onları mikrocazibə mühitində saxlayıb.
24 saatlıq çəkisizlik şəraitində hüceyrələrin 80-90 faizinin öldüyünü deyən Çu nümunə üçün götürülən xərçəng hüceyrələrini 2020-ci ildə Beynəlxalq Kosmik Stansiyasına göndərməyi planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət