Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xərçəngin ən ölümcül və gec ortaya çıxan növü barədə bilmədikləriniz

Xərçəngin ən ölümcül və gec ortaya çıxan növü barədə bilmədikləriniz
Sakura

Xərçəngin ən ölümcül və gec ortaya çıxan növü barədə bilmədikləriniz

Siqaret çəkirsinizsə, normadan artıq çəkiyə sahibsinizsə və ya ailənizdə şəkər xəstəliyindən əziyyət çəkən varsa, mədəaltı vəzi xərçənginə tutulmaq şansınız digər insanlara nisbətən daha çoxdur.

Bəlkə də bu simptomların heç biri sizdə yoxdur. Ancaq yenə də mədəaltı vəzi xərçənginə qarşı tədbirli olmağınızda fayda var. Çünki bu növ xərçəngin ilkin diaqnozu olduqca çətindir. Bununla yanaşı, mədəaltı vəzi ən təhlükəli xərçəng növlərindən biridir.

Bu xərçəng növü heç bir simptom vermədən gizli şəkildə irəliləyə bilir. Gec üzə çıxdığı üçün də tez bir zamanda ölümə yol aça bilir.

Bəs mədəaltı vəzi xərçəngi hansı simptomlarla qarşımıza çıxa bilər?

Mədəaltı vəzidə iki növ hormon var. Bunlardan biri ekzokrindir. Bu hormon qidanın bədənə sovrulması üçün nazik bağırsağa göndərilir.

Neoendokrin hüceyrələri isə qanda şəkərin miqdarını balanslaşdırmaq üçün müxtəlif hormonlar ifraz edir. Hər iki hormon növü də bədənin qidalardan aldığı enerjini sərf etməsinə və depolamasına kömək edir. Mədəaltı vəzi xərçənginin əksəriyyəti ekzokrin hüceyrələrdə yaranır. Bu şişlər hormon ifraz etdiyinə görə, simptomlar üzə çıxarmaz. Buna görə də orada xərçəngin olması çox gec ortaya çıxır.

Mədəaltı vəzi xərçənginin müxtəlif risk faktorları var. Siqaret çəkmək, həddən artıq spirtli içki qəbulu, artıq çəki, ailədə şəkər və ya xərçəng xəstəsinin olması və bəzi ətraf mühitlə bağlı səbəblər buraya daxildir. Əgər bunların heç biri sizdə yoxdursa belə, yenə də bu xərçəng növündən uzaqsınız demək deyil.

Mədəaltı vəzi xərçənginin simptomları:

• Sarılıq (dəridə və ya gözün ağ hissələrində)

• Nəcis rənginin açıq olması

• Tünd rəngli sidik

• Yuxarı və ya orta qarında, kürək hissəsində ağrı

• Bilinməyən səbəbdən çəkinin sürətlə azalması

• İştahsızlıq

• Çox yorğun hiss etmək

• Səbəbsiz qaşıntıların olması

Mədəaltı vəzi xərçəngi necə müalicə edilir?

• Cərrahi əməliyyat

• Şüa müalicəsi

Radioterapiya, yüksək enerjili x-şüaları və digər radiyasiya növlərindən istifadə etməklə xərçəng hüceyrələrini öldürmək və ya onları inkişafdan saxlamaq.

• Kimyaterapiya

Kimyaterapiya, hüceyrələri öldürmək və ya onların bölünməsinin qarşısını almaq məqsədilə dərman vasitələrinin istifadə olunduğu müalicə növüdür.

Mədəaltı vəzi xərçəngindən qorunmağın yolları:

Bu xərçəng növündən mümkün qədər uzaq qalmaq üçün nəzarət edə biləcəyini risk faktorlarını azaltmaq lazımdır. Bunlardan biri siqaret və tütün məmulatlarından istifadənin azaldılmasıdır. Artıq çəkidən qurtulmaq da bu riski azaldır. Vitaminlə zəngin olan pəhrizlərin mədəaltı vəzi daxil olmaqla bütün növ xərçənglərin müalicəsində faydası var.

Zümrüd

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR