Slimfit
  1. ELM

Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib

Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib
Sakura

Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib

Dyuk və Nanyan universitetlərinin və Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu xərçəngin diaqnostikası üçün yeni metod kəşf edib. Belə ki, mütəxəssislər səs dalğaları vasitəsilə xəstəliyə yoluxmuş hüceyrələri aşkarlamaq niyyətindədirlər.

AZƏRTAC “M24” resursuna istinadən bildirir ki, xəstə hüceyrələr sağlamlardan daha böyük olur. Xüsusi tezlikli səs dalğaları onları aşkarlayır və növbəti analiz üçün müəyyən nöqtədə toplayır.

Alimlərin sözlərinə görə, hazırda xərçəngin diaqnostikası üçün əsas metod biopsiya olaraq qalır. Lakin biopsiya səsli diaqnostika ilə müqayisədə daha ağrılı və az effektivdir.

Bildirilir ki, xüsusi tezliyə malik səs dalğaları qan damarlarından keçir, dövr edən yoluxmuş hüceyrələrdən uzaqlaşır və geri dönürlər. Bu zaman xəstə cihazlara qoşulu vəziyyətdə olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR