Dərc edildi: Baxış sayı: 451
Xərçəngə qarşı dərman hazırlandı: İnsanlar üzərində sınaqdan keçirilib
ABŞ və Avstraliyadan olan bir qrup alim xərçəngə qarşı dərman hazırladıqlarını elan edib.
Məlumatlara görə, “AMG 510” adı verilən dərmanın şişləri azaltdığı, onların inkişafına mane olduğu və parçalayaraq yox etdiyi bildirilir. Bu dərmanı alimlər ilk olaraq siçanlar üzərində test ediblər və müsbət cavab alıblar.
Bundan sonra ağciyər xəstəsi olan dörd insan da bu təcrübəyə cəlb edilib. Altı həftəlik müalicədən sonra onların ikisində şişlər əhəmiyyətli dərəcədə azalıb, dərmanın metastazın yayılmasının qarşısını aldığı müəyyən olunub.
Dərman xəstələrin birində şişi 34, digərin 67 faiz azaldıb, heyvanlarda isə bəzi hallarda tamamilə aradan qaldırıb. Siçanların hətta immunitet sisteminin daha da gücləndiyi məlum olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət